Goranboy rayonunun Qızılhacılı qəsəbəsində "Mercedes" markalı yük avtomobilinin vurduğu piyada dünyasını dəyişib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1983-cü il təvəllüdlü R.Mirzəyev Gəncə şəhərindəki xəstəxanaların birinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.