Yük maşını cümə namazı qılan insanların üzərindən keçdi: 14 nəfər ölüb

Yük maşını cümə namazı qılan insanların üzərindən keçdi: 14 nəfər ölüb
DÜNYA
10:13 29.06.2024
195
Nigeriyanın Kano əyalətində yük maşınının cümə namazı qılan insanların üzərindən keçib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Nigeriya Milli Yol Təhlükəsizliyi Kano İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Abdullahi Labaran verdiyi yazılı açıqlamada, idarəetmədən çıxan yük maşınının cümə namazı üçün toplaşan kütlənin üzərinə sürdüyünü bildirib.
 
Labaran qeyd edib ki, ilkin məlumatlara görə, qəza nəticəsində 14 nəfər ölüb, xeyli sayda insan yaralanıb.
 
Yaralıların ətraf xəstəxanalara aparıldığını bildirən Labaran ölənlərin sayının artacağından narahat olduğunu bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR