Türkiyənin Manisa bölgəsində minik maşını ilə kamazın toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib.
Qeyd edək ki, qəzada avtomobildə olan Berna T. (25 yaş) dünyasını dəyişib.
Avtomobilin sürücüsü M.T, kamaz sürücüsü B.Y. və kamazda sərnişin olan M.E. (22 yaş) yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara göndərilib.
Oksana