Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM DİN-ə istinadən bildirir ki, hadisə Şərur rayonunun Vərməziyar kəndində qeydə alınıb. Rayon sakini Vilayət Cabbarov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolu keçən həmyerlisi İbrahim İsmayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.Faktla bağlı Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.