Yük maşınında sıxışıb qalan miqrantlar jurnalistin köməyi ilə xilas edildi

Yük maşınında sıxışıb qalan miqrantlar jurnalistin köməyi ilə xilas edildi
DÜNYA
11:26 29.09.2023
882
Fransada yük maşınında sıxışıb qalan 6 qeyri-qanuni mühacir jurnalistin köməyi ilə xilas edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransada səyahət edən yük maşınında olan altı qeyri-qanuni mühacir BBC müxbirinin vəziyyəti səlahiyyətlilərə bildirməsindən sonra xilas edilib.

Le Parisien-in məlumatına görə, qeyri-qanuni mühacirləri daşıyan Litvada qeydiyyatdan keçmiş soyuducu yük maşını Liondan 50 kilometr şimalda təhlükəsizlik qüvvələri tərəfindən dayandırılıb.

Səlahiyyətlilər yük maşınında olan sürücü və 6 qadın, 4 Vyetnam və 2 İraq vətəndaşının nəzarətə alındığını və hadisə ilə bağlı istintaq başladıldığını bildirib.

2019-cu ildə İngiltərədə 39 vyetnamlı immiqrantın bir yük maşını yatağında ölməsi ilə bağlı işi təqib edən jurnalist o zaman tanış olduğu şəxslərdən birinin ona zəng etdiyini və hərəkət edən yük maşınında 6 nəfərin olmasını deməsi xeyli insanın həyatının xilas olmasıyla nəticələndiyi söyləyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR