Yük maşınında yanmışdı - 2 ay sonra öldü

Yük maşınında yanmışdı - 2 ay sonra öldü
HADİSƏ
09:21 02.09.2025
249
İki ay öncə Saatlıda yanıq xəsarətləri alan kişi xəstəxanada ölüb.

AZXEBER.COM xəbər verir ki, 1952-ci il təvəllüdlü Teyyub Ağayev 2 iyulda yük avtomobili ilə ot bağlaması daşıyarkən ot bağlamasının elektrik naqilinə dəyərək yanması zamanı yanıq xəsarətləri alıb.

O, Bakı şəhəri Nərimanov Tibb Mərkəzinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR