Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur

Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
DÜNYA
03:46 30.10.2026
248
Avropada adi illərdə belə təxminən 50 milyon insan evini lazımi səviyyədə qızdıra bilmir. Enerji qiymətlərinin yüksək olması səbəbindən bu il həmin insanların sayının daha da artacağı gözlənilir.

AZXEBER.COM xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen deyib.

O, qarşıdan gələn qışın bir çox avropalı üçün çətin keçəcəyini vurğulayıb, vətəndaşların üzləşdiyi çətinlikləri azaltmaq üçün mümkün olan bütün tədbirlərin görülməsinin vacibliyini qeyd edərək üzv ölkələri fosil yanacaqlardan imtina prosesini sürətləndirməyə çağırıb.

D.Yorgensen bərpaolunan enerjinin payının artırılmasının, enerji səmərəliliyinin yüksəldilməsinin və elektrikləşmənin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, təbii qaz və neftlə işləyən sistemlərin əvəzinə elektrik istilik nasoslarının, daxiliyanma mühərrikli avtomobillərin əvəzinə isə elektrik nəqliyyat vasitələrinin təşviqi əhəmiyyətli nəticələr verə bilər.

Avrokomissar yüksək enerji qiymətlərinin şirkətlərə də ciddi təsir göstərdiyini bildirib. O, sənaye müəssisələrinin rəqabət qabiliyyətini qorumaqda çətinlik çəkdiyini və biznes subyektlərinə dəstəyin toplantının əsas gündəm məsələlərindən biri olduğunu vurğulayıb.

D.Yorgensen bəzi ölkələrdə, xüsusilə aztəminatlı əhalini qorumaq məqsədilə fosil yanacaqlara birbaşa subsidiyaların verilməsinin zəruri ola biləcəyini qeyd edib. Bununla belə, belə dəstəyin məqsədyönlü və müvəqqəti xarakter daşımalı olduğunu bildirib.

Mövcud vəziyyəti 2022-ci ildəki enerji böhranı ilə müqayisə edən avrokomissar Aİ-nin təbii qaz istehlakını azaltması və tədarük mənbələrini şaxələndirməsi sayəsində hazırda böhrana müdaxilə baxımından daha əlverişli vəziyyətdə olduğunu deyib. Onun sözlərinə görə, Aİ-də təbii qaz istehlakı 2022-ci illə müqayisədə 18 faiz azalıb. Əvvəllər təbii qazın 45 faizi Rusiyadan tədarük olunurdusa, hazırda qaz dünyanın müxtəlif bölgələrindəki təchizatçılardan alınır.

D.Yorgensen hazırkı böhranın neft və neft məhsullarını da əhatə etdiyinə diqqət çəkərək yay aylarında aviasiya yanacağının təchizat təhlükəsizliyini təhdid edən vəziyyətlərin yarandığını xatırladıb. O bildirib ki, hazırda enerji təchizatının təhlükəsizliyi ilə bağlı böhran gözlənilmir. Bununla belə, qiymət artımının vətəndaşlara və şirkətlərə təsiri ciddi şəkildə nəzərə alınmalıdır. Vurğulayıb ki, evini qızdırmaq və ya avtomobilinə yanacaq almaq üçün kifayət qədər vəsaiti olmayan insanlar üçün enerji resurslarının bazarda mövcudluğu problemi həll etmir.
 
Aİ-nin 2030-cu ildən sonrakı enerji siyasətinə də toxunan avrokomissar bildirib ki, gələcək strategiyada bərpaolunan enerji, nüvə enerjisi də daxil olmaqla təmiz texnologiyalar, enerji səmərəliliyi və elektrikləşmə mühüm yer tutmalıdır.

Qeyd edək ki, Avropada topdansatış təbii qaz qiymətləri ötən gün 2022-ci ilin dekabrından bəri ilk dəfə qısa müddətə meqavat-saat üçün 100 avroya çatıb. Hazırda Avropada qaz qiymətləri ABŞ-İran müharibəsi fonunda əvvəlki səviyyədən təxminən 3 dəfə yüksəkdir.

Aİ qış mövsümünə təbii qaz anbarlarının təxminən 75 faiz doluluq səviyyəsi ilə daxil olur. Ötən ilin eyni dövründə bu göstərici 83 faiz təşkil edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
05:50 30.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
05:40 30.10.2026
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
05:30 30.10.2026
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
05:20 30.10.2026
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
“Liverpul” Qavini transfer etmək istəyir
05:10 30.10.2026
“Liverpul” Qavini transfer etmək istəyir
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
05:00 30.10.2026
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
04:50 30.10.2026
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
04:40 30.10.2026
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
04:30 30.10.2026
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
04:20 30.10.2026
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
04:10 30.10.2026
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
ABŞ-nin neft ehtiyatları azalır
04:00 30.10.2026
ABŞ-nin neft ehtiyatları azalır
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
03:53 30.10.2026
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
03:46 30.10.2026
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
03:38 30.10.2026
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb
03:30 30.10.2026
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb