Yüksək təzyiqlə səhv salınan 5 xəstəlik – Diaqnoza tələsməyin

Yüksək təzyiqlə səhv salınan 5 xəstəlik – Diaqnoza tələsməyin
SAĞLAMLIQ
21:06 11.01.2020
5986
Yüksək təzyiq-hipertoniya bu gün dünyada cavanlaşan və bir xəstəlik kimi yox, diər xəstəliklərin əlaməti kimi baş qaldıran simptom kimi qəbul olunur.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, əgər sizə elə gəlsə ki, təzyiqiniz qalxıb, hətta bunu tonometrlə ölçdükdə görsəniz də, təzyiq salan dərmandan istifadə etməyə tələsməyin. Hər təziyiqin yüksəlməsi heç də hipertoniya xəstəliyi demək deyil.

Çünki yüksək təzyiq bu 5 digər xəstəlikdə də olur. Ona görə bu zaman əsas xəstəliyi müalicə etmək lazımdır ki, təzyiq normallaşsın. Bəzən həkimlərin belə dərinliyinə gedib araşdırmadığı həmin xəstəlikləri sizə təqdim edirik:

1. Gərginlik tipli baş ağrıları

Oturaq işdə çalışanlar, kompüter, telefon qarşısında çox olanlar, qapalı məkanlarda olanlar və ya sadəcə gərginlikdən başın, boynun, gicgahın ağrıması çox zaman yüksək təzyiqlə səhv salınır. Bu ağrılar boyun və çiyin əzələlərinin spazmı və gərginliyindən də olur. Bu zaman ola bilər ki, təzyiqi ölçdükdə bir az yuxarı göstərə bilsin.

Lakin siz baş ağrısı dərmanı içsəz, 1 saat açıq havada olandan sonra, boyun çiyin masajı, gimnastikası etsəniz bu ağrı keçəcək. Əgər keçərsə, deməli, problem təzyiqdə deyil

2. Qanda qlükozanın azalması

Qanda şəkərin düşməsi də təzyiq yüksəlməsi və enməsi əlamətləri verir.
Əslində isə hipoqlikemiya - qanda şəkərin kəskin düşməsi baş verib.

Sağlam insanlaerda bu çox ac qaldıqda, yemək arasında uzun fasilələr zamanı baş verir. Şəkər xəstələrində isə insulin və dərman qəbulundan sonra normal miqdarda yemək yeməyəndə olur. Eləcə də bəzi dərmanlar, alkoqol şəkəri qəfil salır.

Qanda şəkər düşdükdə insanın başı gicəllənir, başı ağrıyır, titrəmə olur, tərləyir, gözləri bulanır. Yüksək təzyiqə bənzəyir. İnsan bayıla da bilər. Bu zaman həmin şəxs şərbət, şirin çay, kofe, şokolad və ya çörək yeməlidir.
Əgər bu hal tez-tez baş verirsə, müəyyən analizlər verib, diabet və qanda hemoqlobinin qlikiləşməsinin miqdarını təyin etmək lazımdır.

3. Təşviş pozuntusu

Təşviş-həyəcan pozuntusu və nevrozu olan insanlarda da yüksək təzyiqə bənzər əlamətlər baş qaldırır. Baş gicəllənmə, ürək döyüntüsünün artması, ürəkbulama, baş ağrısı, gözlərdə qaralma, təngnəfəslik, aşağı ətrafların soyuması, huşun itməsi. Panik atak yaşayanda da bu hallar baş verir.

Yüksək dərəcədə təşviş və panik atak o deməkdir ki, orqanizm stresə çox güclü reaksiya verir, qana həddən artıq çox adrenalin sıçrayır. Adrenalin də öz növbəsində təzyiqi yüksəldir. Amma burda əsas müayinə və müalicə təzyiqə qarşı yox, şəxsin nevroloji və psixiatrik durumunun təyininə yönəlməlidir və o, nevroloq və psixiatra müraciət etməlidir. Təyin olunacaq dərmanlar da təzyiqə qarşı yox, sakitləşdiricilər olmalıdır.

4. Müxtəlif infeksiyalar

İnfeksion xəstəliklər - herpes, sitomeqalovirus, Epşteyn Barr və s. halsızlıq, təzyiq, baş ağrısı, titrəmə, əzginlik verə bilər.

Əgər uzun müddət təzyiq az da olsa qalxırsa, lakin dərman təsir etmirsə, halsızlığınız düzəlmirsə, o zaman gizli infeksiyalardan analiz verin.

5. Hipotireoz

Qalxanvari vəzin fəaliyyətinin azalmasıdır.Bu xəstələrdə əl-ayaq donur, dəri avazıyır, kökəlir, dəri quruyur, menstrual tsikl pozulur, insan əsəbi olur. Depressiya və nevroz əlamətləri fonunda yüksək təzyiqə də şübhə yaranır.

Ona görə də bu əlamətlər olduğu halda endokrinoloqa gedib, hormonları və zobu yoxlatmaq lazımdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
01:36 10.10.2025
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
00:45 10.10.2025
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
00:04 10.10.2025
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
Gəncədə itkin düşən məktəbli tapılıb
23:47 09.10.2025
Gəncədə itkin düşən məktəbli tapılıb
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
23:44 09.10.2025
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
23:35 09.10.2025
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
23:29 09.10.2025
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
23:13 09.10.2025
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
22:57 09.10.2025
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
22:40 09.10.2025
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
22:28 09.10.2025
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
22:15 09.10.2025
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
21:55 09.10.2025
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
21:48 09.10.2025
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
21:46 09.10.2025
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
21:29 09.10.2025
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü