Yüksəkdozalı Vitamin C koronavirusdan sağalma sürətini kəskin artırır

SAĞLAMLIQ
10:16 08.12.2021
882
COVID-19-a yoluxma hələ də davam edir. Həm böyüklər, həm də uşaqlar arasında ağırlaşmalar qeyd edilir. COVID-19 hələ də neçə-neçə ölüm hadisələrinə səbəb olur. Ağırlaşmaların qarşısını almaq üçün müxtəlif müalicələr aparılır.

Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri bildiriblər ki, Yüksəkdozalı Vitamin C insanı COVID-19-un  ağırlaşmasından qoruya bilər. Alimlər qeyd edirlər ki, COVID-19-da Yüksəkdozalı Vitamin C-nin qəbulu sağalma sürətini 70% artırır: qanda oksigenin səviyyəsi yüksəlir və iltihab markerləri azalır.
 
12 klinik tədqiqatın nəzərdən keçirilməsi nəticəsində məlum oldu ki, C vitamininin tətbiqi qanda oksigen səviyyəsini artıra, iltihabı yatıra və hospitalizasiya müddətini qısalda bilər.

12 tədqiqatdan birinin müəllifləri belə nəticəyə gəliblər ki, C vitamini plasebo ilə müqayisədə koronavirusdan sağalma sürətini 70% artırıb.

Yeni Zelandiyadakı Otaqo Universitetindən tədqiqatın həmmüəllifi Anitra Carr:

"Ağır xəstələrə gündə 6-24 g vit. C tətbiqi faydalı oldu: sağqalma müddətini artırdı, xəstəxanada qalma müddətini azaltdı, oksigenləşməni yaxşılaşdırdı və iltihabın əlamətlərini azaltdı".  

İcmala görə, COVID-19 xəstələrinin 80%-nin qanında C vitamini səviyyəsi aşağıdır, buna görə Yüksəkdozalı  Vitamin C bu çatışmazlığı aradan qaldıra bilər.

Dr. Marcela Vizkaichipi xəstələrin C vitamini səviyyəsinin yoxlanmasının vacibliyini qeyd etdi.

"Həmişə elektrolitlərin, mikroelementlərin və vitaminlərin, o cümlədən C və D vitaminlərinin yetərli səviyyədə olmasına diqqət yetirilməlidir. Bu, klinik təcrübənin standartına çevrilməlidir".

İcmalda, həmçinin Yüksəkdozalı C vitamininin şiddətli COVID-19-un inkişafının qarşısını almağa kömək edə biləcəyi ehtimal edildi.

Azərbaycanda dövlət qeydiyyatından keçmiş C vitamininin ən yüksək dozalı preparatı

Pascorbindir 7,5qr 50 ml.



OXŞAR XƏBƏRLƏR