"Yumşaldılma o demək deyil ki, biz bu bəladan tam qurtulmuşuq" - VİDEO

"Yumşaldılma o demək deyil ki, biz bu bəladan tam qurtulmuşuq" - VİDEO
SOSİAL
13:44 22.09.2020
422

Təəssüflər olsun ki, koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar öz təsdiqini tapmağa başlayır. Yay mövsümündə yoluxma sayının azaldığı ölkələrdə sentyabrda yenidən yoluxma sayında aktivləşmə qeydə alınmağa başlayıb.

Azərbaycanda da avqusta nisbətən yoluxma sayında artım qeydə alınır. Vətəndaşlar qaydalara riayət etmədiyi, tibbi maska taxmağı təqdirdə yoluxmanın daha da artacağı ehtimal edilir. Bu haqda bizə maraqlı olan bütün suallarıTƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionistVasif Əliyevcavablandırdı. O bildirdi ki,iyuldakı kimi yoluxma sayı artarsa, karantin rejimi yenidənsərtləşdirilə bilər.

ARB TV-nin efirində yayımlanan "Günə doğru” verilişində məsələ ilə bağlı ətraflı sujet hazırlanıb.

Vasif Əliyev – TƏBİB-in işçi qrupunun rəhbəri, infeksionist:"Biz daha da diqqətli olmalıyıq. Yumşaldılmaya gedilməsi o demək deyil ki, artıq biz bu bəladan tam qurtulmuşuq. Ara məsafəsi qorunmalıdır, özəlliklə qapalı məkanlarda maska taxılmalıdır, şəxsi gigiyena qaydalarına mütəmadi olaraq əməl olunmalıdır ki, biz bu xəstəlikdən özümüzü qoruya bilək”.

Həkim-İnfeksionist həmçinin uşaqların tibbi maskadan istifadə etməsi mövzusuna da toxundu. Onun sözlərinə görə, uşaqların tibbi maskadan istifadəsi mütləq deyil.

Vasif Əliyev – TƏBİB-in işçi qrupunun rəhbəri, infeksionist: "10 yaşdan aşağı olan uşaqlarda, ibtidai sinifə gedən uşaqlarda maskanın istifadəsi ilə bağlı dünyada tövsiyə yoxdur. Çünki böyük insanlar belə maskadan düzgün istifadə edə bilmir, ona görə də uşaqların bunu yalnış istifadə etməsi xeyirdən çox zərərə səbəb ola bilər”.

Payız ayları həm də qrip virusunun daha çox aktiv olduğu aylardır.

Qriplə COVİD-19-un əlamətləri çox bənzərdir. Bəskoronavirus infeksiyasını qripdən fərqləndirən cəhətlər hansılardır?

Vasif Əliyev – TƏBİB-in işçi qrupunun rəhbəri, infeksionist:"COVİD-19-un bəzi əlamətləri var ki bunlar iy bilmə və dad bilmənin itməsidir ki, bu qripdən daha çox koronavirusa aiddir. Eyni zamanda qripdə bəzi dərmanlar istifadə olunur ki, bu dərmanlar COVİD-19-un müalicəsində yararlı deyil”.

Qeyd edək ki, ölkəmizdə 39 mindən artıq şəxs COVİD-19 infeksiyasına yoluxub. Onlardan 36 mindən çoxu sağalıb, 500 nəfərdən çoxu isə vəfat edib.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı