Yunanıstan Avropa İttifaqından 7 milyard avro həcmində təcili kredit alacaq

DÜNYA
10:30 17.07.2015
1000

Yunanıstan parlamenti kreditorlarla saziş çərçivəsində islahatlar paketini təsdiq etdiyi üçün yaxın zamanda avrozonadan 7 milyard avro həcmində təcili kredit alacaq. Yaxın vədəli maliyyə paketi Afinaya üçüncü kredit proqramı başlayana qədər tab gətirməyə kömək etməlidir.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, avrozona ölkələrinin nazırləri Yunanıstana 7 milyard avro həcmində təcili kredit verilməsi barədə prinsipial razılığa gəliblər.

“Bloomberg” agentliyinin məlumatına görə, bu kredit Afinaya iyulun 20-də Avropa Mərkəzi Bankına 3,5 milyard avro həcmində növbəti ödəniş etməyə, həmçinin Aleksis Tsipras hökumətinin 86 milyard avroluq yeni üçillik kredit proqramına dair razılığa gəlməsinə imkan verəcək.

Yunanıstana təcili kredit verilməsi barədə qərarın iyulun 17-də Afinaya yardım ayrılmasının təsdiqlənməsi üzrə bir sıra Avropa ölkələrində, əsasən də Almaniyada keçiriləcək parlament proseduralarından sonra elan ediləcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR