Yunanıstan XİN başçısı: Türkiyə ilə münasibətlərdə yeni mərhələ başlayıb

Yunanıstan XİN başçısı: Türkiyə ilə münasibətlərdə yeni mərhələ başlayıb
DÜNYA
20:11 14.05.2024
130
Yunanıstan və Türkiyə arasında münasibətlərin yeni mərhələsi başlayıb.

AZXEBER.COM xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Yorqos Yerapetritis ERT televiziyasına müsahibəsində deyib.

O bildirib ki, Yunanıstanın baş naziri Kiriakos Miçotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mayın 13-də Ankarada baş tutan görüşdən sonra iki ölkə arasında əlaqələrdə yeni mərhələnin əsası qoyulub: "Münasibətlərin yeni mərhələsi normallaşmaya əsaslanır”.

Yunanıstanlı nazir iki ölkə arasında yüksək səviyyədə təmasların artırılmasının vacibliyini qeyd edib: "Əsas məsələ qarşılıqlı fayda verə biləcək məsələlərə fokuslanmaqdır”.

Bizim WhatsApp kanalımıza abunə olun
OXŞAR XƏBƏRLƏR