Yunanıstan xarici işlər naziri Yorqos Gerapetritisin Ermənistana səfərinin tarixi açıqlanıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Yunanıstan XİN rəhbəri sabah - yanvarında 10-da Ermənistana səfər edəcək. Səfəri çərçivəsində o, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.