Yunanıstanda baş verən qatar qəzasından sonra paytaxt Afinada küçələrə çıxan 50 mindən çox etirazçı dəmir yolu əməliyyatlarının yenidən ictimaiyyətə ötürülməsini tələb edib.
AZXEBER.COM xəbər verir ki, Yunanıstanda baş verən qatar qəzasından sonra paytaxt Afinada ara sakitləşmir. Paytaxtda toplaşan 50 mindən çox insan hökuməti istefaya çağırıb.
Əllərində pankartlarla yürüş edən etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.
Etirazçıların əksəriyyətini təşkil edən dövlət sektoru işçiləri dəmir yolu əməliyyatlarının özəl sektordan alınaraq yenidən xalqa verilməsini tələb ediblər.
Ayşən