Yunanıstanda alpinistləri ildırım vurdu

Yunanıstanda alpinistləri ildırım vurdu
İDMAN
19:37 22.08.2022
323
Yunanıstanın şimalındakı Drama regionunda bir qrup alpinisti ildırım vurub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir alpinist həlak olub, daha bir nəfər isə ağır xəsarətlər alıb.

Qeyd olunur ki, dörd nəfərdən ibarət alpinistlər qrupu şənbə günündən başlayaraq 2 min metrdən çox hündürlüyü olan altı zirvəni fəth etməyi planlaşdırırdı.

Ötən gün hava şəraiti kəskin pisləşdikdən sonra alpinistləri ildırım vurub. Hadisə yerinə xilasedicilər göndərilib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR