Şimali Makedoniya üzərindən Yunanıstana daşınan sursat olan konteyner İsrailin Hayfa limanına gedən gəmiyə yüklənmək üçün Pirey limanına gətirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, həmkarlar ittifaqının çağırışı ilə toplaşan fəhlələr döyüş sursatı ilə dolu konteynerin gəmiyə yüklənməsinə icazə verməyiblər.
İşçilər İsrail üçün nəzərdə tutulan konteynerin üzərinə "Qatillər, limandan çıxın” yazıb və "Fələstinə azadlıq” şüarları səsləndiriblər.
İşçilər konteynerin gəmiyə yüklənməsinə icazə verməyəcəklərini və əllərini Fələstin xalqının qanına boyamayacaqlarını bildiriblər.
Pirey Liman İşçiləri Həmkarlar İttifaqının sədri Markos Bekris verdiyi açıqlamada, "Fələstin xalqının soyqırımını davam etdirəcək döyüş sursatlarının Pirey limanından göndərilməsinə icazə verməməyə qərar verdik" deyə bildirib.
Gülay