Yunanıstanda helikopter qəzaya uğradı, ölənlər var

Yunanıstanda helikopter qəzaya uğradı, ölənlər var
DÜNYA
23:00 17.08.2026
219
Egey dənizindəki Yunanıstanın Sifnos adasında kiçik şəxsi helikopter qəzaya uğrayıb, nəticədə göyərtədə olan 3 nəfərin hamsı ölüb.

Bu barədə AZXEBER.COM "Ekathimerini"yə istinadən xəbər verir.

İlkin məlumatlara görə, helikopter yerə çırpıldıqdan sonra alışıb. Yanğını yerli yanğınsöndürmə briqadaları söndürüb.

Helikopter Tolos bölgəsindəki aerodromdan havalandıqdan az sonra yaşayış məntəqəsində qəzaya uğrayıb. Ölən pilotun və iki sərnişinin şəxsiyyəti hələ müəyyən edilməyib.

Aviaqəzanın səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR