Yunanıstanda meşə yanğınları səngimək bilmir: Rodos bir həftədir durmadan yanır

Yunanıstanda meşə yanğınları səngimək bilmir: Rodos bir həftədir durmadan yanır
DÜNYA
12:15 26.07.2023
296
Yunanıstanın Rodos adasında ötən həftə başlayan meşə yanğınları nəzarətsiz şəkildə yayılmağa davam edir.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, səlahiyyətlilər Rodos adasındakı yanğınların ölkədə ən təhlükəlisi olduğuna diqqət çəksə də, yanğınsöndürmə işləri fasiləsiz davam edir.
 
Bölgədə Türkiyə təyyarələri də fəaliyyət göstərir.

Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis dünən keçirdiyi brifinqdə bildirib ki, son 12 gündə ölkə daxilində 600-dən çox yanğın baş verib.

Alovun böyük hissəsi yayılmadan nəzarət altına alınsa da, bəzi ərazilərdə baş verən yanğınlar yaşayış məntəqələrinə çataraq çoxlu sayda insanın təxliyəsinə səbəb olub.
 
Yunanıstan İqlim Nazirliyinin rəsmiləri təxliyyələrlə bağlı açıqlamasında bunun ölkədə indiyə qədər həyata keçirilən ən böyük təxliyə əməliyyatı olduğunu bildirib.
 
Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyindən bildirilib ki, Yunanıstanda meşə yanğınları ilə mübarizəyə dəstək məqsədilə göndərilən təyyarə üç gün ərzində 184 uçuş həyata keçirib və 544 ton su buraxıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR