Yunanıstanın keçmiş müdafiə naziri Akis Tsoxatzopolus rüşvətxorluqda ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.
Onu, həmçinin öz gəlirləri barədə yanlış məlumat verməkdə də təqsirləndiriblər.73 yaşlı siyasətçi 520 min avro məbləğində cərimələnmiş və onun villası müsadirə edilib.Keçmiş nazir məhkəmədə bu evin alınması üçün vəsaiti haradan əldə etdiyini açıqlaya bilməyib.