Yunanıstanlı referi seçmə mərhələdə Azərbaycan millisinin matçında debüt edəcək

İDMAN
14:23 13.10.2023
208
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan - Avstriya oyununu idarə edəcək Aristotelis Diamantopulos 2019-cu ildən əsas hakim kimi beynəlxalq təyinat alır.

40 yaşlı ədalət təmsilçisi ilk dəfə böyüklərdən ibarət komandalar arasında təsnifat görüşündə baş hakim olacaq.

Diamantopulos daha əvvəl aşağı yaş qruplarından ibarət yığmaların matçında bu funksiyanı yerinə yetirib və heç vaxt Azərbaycan komandaları ilə rastlaşmayıb.

O, cari mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsində "Larne” (Şimali İrlandiya) – HİK (Finlandiya), Konfrans Liqasında isə "Lütsern" (İsveçrə) - "Hibernian” (Şotlandiya) qarşılaşmasını idarə edib. FIFA referisi Yunanıstan Superliqasında isə 4 oyunda ədaləti qoruyub.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.
 
///report
OXŞAR XƏBƏRLƏR