Yuri Qaqarinin ölümünün əsl səbəbi bilindi

DÜNYA
12:22 12.06.2013
5001

Yuri Qaqarinin ölümünün sirri açıldı Kosmosa ilk uçuş edən sovet qəhrəmanı kosmonavt Yuri Qaqarinin qəzaya uğramasının səbəbləri 45 il sonra açılıb. Qaqarinin dostu kosmonavt Aleksey Leonov deyib ki, qəzaya başqa bir kosmik gəminin yanlış manevri etməsi səbəb olub. Hadisə nəticəsində qanunsuz havada hərəkət edən kosmik gəmi Y.Qaqarinin kosmik gəmisinə dəyərək qəza yaradıb. 27 Mart 1968-ci ildə baş verən hadisədə Y. Qaqarin və həmkari Vladimir Seryogin qəza nəticəsində həyatını itirmişdir. Y.Qaqarinin dostu bu sirri Moskva mətbuatına demək üçün 20 il mübarizə apardığını bildirib. O deyib ki: “ Mən düşünürəm ki, Y.Qaqarinin ölümünün səbəblərini ailəsinin bilmək haqqı var”. Y.Qaqarinin ölümünə səbəb olan kosmik gəminin pilotunun kim olduğu sualına isə Leonov bu sirri deməməsinə söz verdiyini deyib. O bildirib ki: “Hazırda həmin pilotun 80 yaşı var və ağır vəziyyətdədir. Mən onun kimliyini heç kəsə deməyəcəyimə söz vermişəm”. Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR