Yuri Uşakov: Türkiyənin BRİCS-ə üzvlüklə bağlı müraciətinə baxılacaq

DÜNYA
19:16 04.09.2024
153
BRİCS ölkələri Türkiyənin təşkilatda tamformatlı iştirakla bağlı müraciətinə baxacaqlar.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

"Türkiyə tamformatlı üzvlük üçün müraciət edib. Biz bunu nəzərdən keçirəcəyik”, - o bildirib.

Qeyd edək ki, təşkilatın genişləndirilməsi məsələsinə BRİCS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində baxıla bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın sammitdə iştirak dəvətini qəbul edib.
 
///report
OXŞAR XƏBƏRLƏR