Əməkdar artist Yusif Mustafayev 17 kiloqram arıqlayıb.
AZXEBER.COM xəbər verir ki, sənətçi bu barədə "1001 Şou" verilişində danışıb. O, 103 kiloqramdan 86 kiloqrama qədər arıqladığını bildirib:
"Plan qoymuşam, özümü arıqladıram. Adam yaşlaşanda qıvraq olmaq üçün gərək bir az arıqlasın. 103 kiloqram idim. İndi isə 86 kiloyam. Özümü çox rahat hiss edirəm. Mən ləng adamları xoşlamıram, özüm diribaşam. 85 kiloqramda dayanacağam. Yeməyimə fikir verirəm. Saat 6-dan sonra yemək yemirəm. Qida qəbul etsəm də, çox az yeyirəm".