Röyanın adından dələduzluq - FOTO

Röyanın adından dələduzluq - FOTO
MAQAZİN
13:14 10.11.2026
55
Xalq artisti Röya Ayxanın adından dələduzluq edilib.

Müğənninin Hollandiyanın Amsterdam şəhərində konsert verəcəyi ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta afişalar paylaşılıb və həmin elanlar üzərindən bilet satışına başlanılıb.

Röya məsələ ilə bağlı açıqlama yayaraq izləyicilərini diqqətli olmağa çağırıb:
 
"Əziz dostlar, Son günlər Amsterdamda mənim adımdan hazırlanmış saxta konsert afişalarının yayıldığını və bilet satışının həyata keçirildiyini öyrənmişəm.
Afişalarda yanvarın 30-da tarixində Amsterdamdakı De Koning zalında çıxış edəcəyim qeyd olunub. Bu məlumat həqiqəti əks etdirmir. Həmin tarixdə və məkanda konsertim planlaşdırılmayıb. Bu tədbirlərlə bağlı heç bir razılığım yoxdur və afişaların rəsmi komandamla əlaqəsi yoxdur.
Xahiş edirəm, saxta elanlara inanmayın, bilet almayın və ödəniş etməyin. Konsertlərimlə bağlı məlumatları yalnız rəsmi səhifələrimdən izləyin. Adımdan istifadə edərək insanların etibarından sui-istifadə edilməsinə qarşı hər kəsi diqqətli olmağa çağırıram".
 
//axşam.az
 

OXŞAR XƏBƏRLƏR