Yusif Vəliyevdən yeni proqnoz: “Azərbaycan şou-biznesində ən uğurlu reklam simaları kimlərdir?”

Yusif Vəliyevdən yeni proqnoz: “Azərbaycan şou-biznesində ən uğurlu reklam simaları kimlərdir?”
ŞOU-BİZNES
10:53 27.11.2011
1956

Həmişə musiqi ilə yanaşı, şou, qalmaqal, reytinq uğrunda mübarizə sayəsində gündəmdə qalmağı sevən şou əhlinin seçilən nümayəndələri son zamanlar reklam biznesində sima olaraq görünməyə başlayıblar. Bəziləri reklam etdikləri məhsulun reytinqini qaldırmağı bacarsalar da, müəyyən qismi isə əksinə, reklamın simasına uyğun olmadığından məhsulu reklam etmək əvəzinə, əməlli-başlı gözdən salır. Şou-biznes nümayəndələrindən kimlərin reklam siması olmağa uyğun olub-olmadığını öyrənmək məqsədilə Milli.Az xəbər portalının əməkdaşı gənc olmasına baxmayaraq, bir çox şirkətlərin marketinq strategiyalarını hazırlamış Yusif Vəliyevə üz tutdu. Yusif bəy bildirdi ki, "Hər hansı şou-biznes nümayəndəsinin reklama çəkilməsi üçün həmin insanın özünü şou-biznesdə brendə çevirmiş olması vacibdir. Şou-biznes nümayəndəsini və ya hər hansı tanınmış insanı reklama çəkmək üçün ilk öncə onun pərəstişkar əhatəsini müəyyən edib, reklam ediləcək məhsulun siması olmağa nə dərəcədə uyğun olduğunu yoxlamaq lazımdır. Nəzərə alsaq ki, bu gün hər bir şou nümayəndəsinin pərəstişkar əhatəsi elə də çox deyil, reklam strategiyasının uğur qazanması üçün bu haqda əməlli-başlı düşünmək vacibdir". Onların çəkildikləri reklama yatırım qoymağa dəyər Bu il "Eurovision" qələbəsini ölkəmizə gətirmiş Eldar və Nigarın Azərbaycana qayıtdıqdan sonra çəkildikləri ilk reklam mobil operator şirkətinin reklamı oldu. Y.Vəliyevin fikrincə, "Bu, çox kreativ və uğurlu reklam idi. Çünki onlar bütün Azərbaycanın və Avropanın ürəyini fəth etmiş ulduzlardırlar. Bu isə o deməkdir ki, istənilən insanın istifadə etdiyi məhsulun onlar tərəfindən reklam edilməsi təmamilə uğurlu seçimdir və belə bir reklama yatırım qoymağa dəyərdi". Röya Ayxanın kolbasa reklamına çəkilməsi nə dərəcədə düzgündür? "Onun pərəstişkar əhatəsinin 80%-nin gənclər olduğunu nəzərə alsaq, onda başa düşərik ki, onun kolbasa reklamına çəkilməyi heç də uğurlu bir seçim deyil. Əgər Röya gənclərin istifadə etdiyi məhsulların, məsələn, telefon, maşın, geyim və s. bu kimi məhsulların reklamına çəkilsəydi, əksər gənclər həmin reklamdan təsirlənib, istifadə etdikləri məhsulun modelini dəyişərdilər", - deyə mütəxəssis bildirdi. Aysel Teymurzadəni çox qınamışdılar, amma... Y.Vəliyevin fikrincə, "Eurovision" təmsilçimiz Aysel Teymurzadənin ağartı məhsulunun reklamına çəkilməsi çox düzgün seçimdir. Baxmayaraq ki, həmin reklam çəkildikdən sonra insanlar onu yeni mahnılar üzərində çalışmaq əvəzinə, reklama çəkildiyinə görə qınamışdılar, amma əksinə, bu, çox effektiv reklam idi. Çünki Aysel həmişə formada olan bir xanımdır və onun xanımlara həmin məhsuldan istifadə edəcəkləri halda formada qalacaqlarını bildirməsi çox təsiredicidir. Nəzərə alsaq ki, əksər yeniyetmə qızlar Ayseli özlərinə kumir seçiblər, onun istənilən məhsulun reklam siması olması satışlara maksimum yaxşı təsir göstərəcək. Paltarları kim yusun? Əgər xatırlayırsınızsa, uzun zaman efirdən kənar olan məşhur teleaparıcı Nərgiz Cəlilova bir müddət sonra çəkildiyi reklam çarxı ilə efirdə görünməyə başladı. Yuyucu vasitənin reklam siması olan və xanımlara həmin məhsuldan istifadə etmələrini məsləhət bilən Nərgiz xanımın yuyucu vasitə reklamının siması olmasının nə dərəcədə uğurlu seçim olduğunu peşəkar ekspertdən soruşduq. Y.Vəliyev dedi: "Nərgiz Cəlilovanın müğənni olmadığını və onu sevənlərin orta yaşlı təbəqənin olduğunu nəzərə alsaq, yuyucu vasitə reklamına çəkilməsinin uğursuz seçim olduğunu qəbul etmiş olarıq. Yuyucu vasitə reklamına evdar qadın siması yaratmış şou nümayəndəsinin çəkilməsi daha düzgün və effektli olardı. Reklam efirdə yayımlananda ən azından reklam simasının evdə paltar yumasına tamaşaçını inandıra bilmək lazımdır". Xəz geyiminin reklamında kim daha üstündür? Aygün Kazımova və Brilyant Dadaşovanın xəz reklamına çəkilməsi ilə bağlı peşəkar marketoloq dedi ki, "Aygün Kazımova cəmiyyətdə gözəgəlimli geyimləri ilə həmişə diqqəti cəlb edib. Brilyant Dadaşova isə həmişə sadə və maksimum şıq geyimlərə üstünlük verib. Sadə geyimləri ilə yaddaşlarda qalan xanımın tamaşaçıya diqqət cəlb edən xəz geyimlər təqdim etməsi o qədər də uğurlu reklam strategiyası deyil. Aygün xanım isə həmişə al-əlvan, diqqət cəlb edən geyimlərlə seçildiyi üçün onun xəz şirkətinin siması seçilməsi çox gözəl fikirdir". Təmiz üz - əla reklam! Kişilər üçün üz təmizləyən məhsul reklamında şou-biznesin hansı kişi nümayəndəsinin uğurlu seçim olduğu ilə maraqlandıqda Yusif bəy qeyd etdi ki, "Belə məhsulların reklamına çəkiləcək şəxsin üzünün həmişə saqqalsız olması çox vacibdir. Kişi üçün üz təmizləyən məhsulun reklam siması olmaq üçün müğənni Zamiq və ya Elnur çox uyğundur". O, restoran reklamı üçün ideal simadır Məşhur kişi teleaparıcılar efirimizdə heç də az deyillər, amma onların hansısa reklamın siması olub, məhsulun reytinqini qaldırmaları heç kəs tərəfindən xatırlanmır. Bu səbəbdən də ekspertdən teleaparıcılardan hansının reklam siması kimi yararlı olduğunu soruşduq və cavab aldıq ki, "İlkin Həsəni avtomobil təqdimatına və reklamına çox uyğundur. Teleaparıcı Murad Arif isə restoranların reklamı üçün istər fiziki, istərsə də xarici görünüş baxımından ideal simadır". PR-menecerlər arasında belə bir söz var: "Çürük pomidordan tutmuş, evdə qalmış qıza kimi hər şeyi reklam edib, müştərisini tapmaq olar". Amma reklamı elə etmək lazımdır ki, məhsulun prestijini qaldırmaq əvəzinə, gözdən salmasın. Efirimizi peşəkar, keyfiyyətli və uğurlu reklamların bəzəməsi arzusu ilə Nura

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib