Yusuf Dikeç hərəkətini patentləşdirəcək

MARAQLI
15:02 29.08.2024
263
Fransada keçirilən Paris 2024 Olimpiya Oyunlarında 10 metr pnevmatik tapançadan qarışıq komanda yarışlarında Türkiyəyə medal qazandıran milli atıcı Yusuf Dikeç duruşu ilə diqqət çəkmişdi.
 
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, gündəm olan tək əlli atış hərəkəti sosial mediada geniş əks-səda yaradaraq bir çox məşhurun Dikeçin simvolik hərəkəti ilə pozalar verməsinə səbəb olmuşdu.
 
Yusuf Dikeç özünəməxsus duruşunu rəsmi qeydiyyatdan keçirmək üçün Türkiyə Patent və Ticarət Nişanı İdarəsinə müraciət edib.
 
Dikeç, atıcılıq idmanında illərlə əldə etdiyi təcrübə ilə inkişaf etdirdiyi duruşun patentini almaq niyyətindədir. Bununla da o məşhur olan hərəkətinin reklamlarda, posterlərdə və müxtəlif səbəblərdən istifadəsinə qadağa qoyacaq.
 
Aysel

OXŞAR XƏBƏRLƏR