"Yuventus" Anxel Di Mariyanı heyətinə qatıb

"Yuventus" Anxel Di Mariyanı heyətinə qatıb
İDMAN
18:16 06.07.2022
293
İtaliyanın "Yuventus" klubu Fransa PSJ-sindən ayrılan Anxel Di Mariyanın transferini yekunlaşdırıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

34 yaşlı yarımmüdafiəçi bu həftə Turinə gedərək rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Anxel Di Mariya 2015-ci ildən PSJ-də çıxış edib. Argentina millisinin üzvü Paris təmsilçisində 295 oyun keçirib, 93 qol və 119 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR