"Yuventus" Türkiyə millisinin üzvü ilə anlaşdı

"Yuventus" Türkiyə millisinin üzvü ilə anlaşdı
İDMAN
20:43 23.05.2019
5468

Türkiyə millisinin müdafiəçisi Merih Demiral karyerasını "Yuventus"da davam etdirəcək.

Turin klubu 21 yaşlı futbolçu ilə 5 illik anlaşma əldə edib.

"Alanyaspor"un futbolçusu qış fasiləsində İtaliyanın "Sassuolo" klubuna icarəyə verilmişdi. "Yuventus"un türkiyəli futbolçu üçün 15-20 milyon avroluq təzminat ödəyəcəyi gözlənilir.

Demiral Türkiyənin bütün yaş qruplarından ibarət yığmalarında çıxış edib. O, ötən ildən əsas milliyə dəvət alır.

 

milli.az

OXŞAR XƏBƏRLƏR