İtaliyanın "Yuventus" klubundan ayrılan Tiaqu Motta iki klubun diqqət mərkəzindədir.
Bunlar "Atalanta" və İngiltərə təmsilçisi "Tottenhem"dir.
London klubu pis mövsümdən sonra Angelos Postekoqlu ilə yollarını ayırmağa hazırlaşır. O, yalnız Avropa Liqasını qazanacaqları təqdirdə postunda qala bilər.
"Atalanta"da isə Can Piero Qasperinin mövsümün sonunda komandanı tərk edəcəyi əvvəlcədən açıqlanıb.
Qeyd edək ki, mövsümün əvvəlində "Yuventus"un baş məşqçisi təyin olunan Tiaqu Motta martda istefaya göndərilib.