"Yuventus"un ulduzu və sevgilisi koronavirusa yoluxdu

İDMAN
22:28 21.03.2020
5741

"Yuventus"un daha bir futbolçusu koronavirusa yoluxdu.

AzxeberSport xəbər verir ki, "Yuventus"un argentinalı ulduzu Paulo Dibala sevgilisi Oriyana Sabatini ilə birlikdə koronavirus testini keçib. Futbolçu öz açıqlamasında nəticənin müsbət olduğunu bildirib. Cütlük  hazırda həkim nəzarətindədir.

Qeyd edək ki, Dibala koronavirusa yoluxan üçüncu "Yuventus"ludur. Bundan əvvəl Ruqani və Matuidi də pandemiyaya yoluxub.

OXŞAR XƏBƏRLƏR