Yuxu insan beyninə necə təsir edir? – ELMİ ARAŞDIRMA

SAĞLAMLIQ
01:45 21.10.2013
4460

Alimlər deyirlər ki, beyin bütün gün ərzindəki düşünmə prosesində yığılıb qalmış toksinlərdən yuxu zamanı təmizlənir.

Amerika alimlər qrupunun gəldiyi nəticəyə görə “beynin zir-zibildən təmizlənməsi” sistemi yuxunun əsas səbəblərindən biridir. “Science” ("Elm") jurnalında dərc edilmiş məqalədə deyilir ki, yuxu zamanı beyin hüceyrləri yığılır və beləliklə, neyronlar arasında məsamələr yaratmaqla ora mayenin daxil olmasına imkan verir. Məqalədə həmçinin qeyd olunur ki, bir sıra beyin xəstəliklərinə səbəb bəzi toksinlərin yuyulub təmizlənməyə bilməməsidir. Onda belə bir sual doğur: Heyvanlar niyə yataraq özlərini yırtıcılar qarşısında müdafiəsiz qoyurlar? Yuxunun yaddaşı təzələməsi barədə məlumat artıq Rochester Universiteti Tibb Mərkəzinin araşdırmaları nəticəsində bəlli idi. Araşdırmaçı doktor Maiken Nedergaard deyir ki, beynin enerji ehtiyatı məhduddur və buna görə də o seçim etməlidir: oyaq qalıb agah olmaq və ya yataraq təmizlənmək. “Bu, evdə verilən qonaqlığa bənzəyir. Ya qonaqlara qulluq etməlisən, ya da evi sahmana salmalısan. Amma hər ikisini eyni zamanda etmək mümkün deyil” – deyir alim. “Çilingər işi” Elmi nəticələr göstərir ki, beynin öz şəbəkəsindəki borucuqları təmir edən “çilingər” sistemi var. Elmi dildə qlimopatik adlanan bu sistem beyin tullantılarını xaric etməklə məşğuldur. Siçanların beyinlərini təsvirləndirmiş alimlər müşahidə ediblər ki, qlimpatik sistem siçanlar yatarkən 10 dəfə daha güclü işləyir. Beyin hüceyrələri, çox güman ki, qlial adlanan hüceyrələr yuxu zamanı yığılır, bu isə öz növbəsində hüceyrələr arasındakı məsamələri açır. Bunun nəticəsində məsamələrə mayenin daxil olub zəhərləri yuması üçün şərait yaranır. Doktor Nedergaard deyir ki, bu, yaşamaq üçün həyati funksiyadır, lakin yalnız yuxu vəziyyətində yerinə yetirilə bilər. Xanım Nedergaard BBC-yə deyib ki, bu, hələlik bir fərziyyədir, lakin, belə görünür, beyin hücəyrələrə su vurulması zamanı çox enerji itirir və bu zaman informasiyanın işlənməsi qeyri-mümkün olur. Alim əlavə edib ki, bu tapıntıların həqiqi əhəmiyyəti təcrübələr insan üzərində aparıldıqdan sonra bəlli olacaq. O deyir ki, bu təcrübəni Maqnetik Rezonans Təsvirləməsi (MRT) cihazında icra etmək çox sadədir. Tapıntılar barədə şərh verən müstəqil ekspert, doktor Neil Stanley deyir ki, neyrotoksinlərin necə təmziləndiyini aşkar etmiş bu kəşf son dərəcə əhəmiyyətlidir, çünki yuxunun fizioloji və kimyəvi səbəblərini izah edir. İngiltərənin Surrey Universitetindən doktor Raphaelle Winsky-Sommerer bildirir ki, burada təəccüblü heç nə yoxdur, çünki yuxu zamanı bütün fizioloji proseslər dəyişir. Lakin alimin fikrincə, tapıntı hələlik tam mexanizm yox, onun bir hissəsidir. Alimlər bildirirlər ki, beyin hüceyrələrinin itirilməsində nəticələnən, Alzheimer və ya Parkinson kimi xəstəliklər beyində böyük miqdarda zədəli proteinlərin ilişib qalması ucbatından yaranır. (anspress)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb