Yaponiyanın qeyri-adi cihazların hazırlanması üzrə ixtisaslaşan “Thanko” şirkəti öz yeni işini təqdim edib.
AZXEBER.COM-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu, “Gorone de Megane” adlanan prizmaşəkilli eynəklərdən ibarətdir ki, bu da “yuxu üçün eynəklər” kimi tərcümə olunur.Cihaz prizmaların köməkliyi ilə işığın sadə əksi hesabına üfüqi vəziyyətdə dayanaraq öz sahibinə kitab oxumaq, televizora baxmaq və ya smartfonda qurdalanmaq imkanı verir ki, bu da tez rahatlanmağa və yuxuya getməyə kömək olur. Eynəklərin çəkisi 3 unsiya (təqribən 90 qram), qiyməti isə 1 980 yendir (21 dollar).