Yuxuda belə alış-veriş edir, minlərlə dollar borcu var

DÜNYA
11:42 19.12.2024
141
42 yaşlı Kelli Nipes adlı amerikalı qadın nadir rast gəlinən yuxu pozğunluğundan əziyyət çəkir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, yuxuda ola-ola onlayn satış platformalarından alış-veriş edir.
 
Belə ki, Kelli yatağa girdikdən yuxuya gedənə qədər olan müddətdə onlayn alış-veriş edir. Ancaq alış-veriş sevgisi yuxuda da onu rahat qoymur. O, yuxuda gəzən adamlar kimi yatdığı zaman belə alış-veriş etməyə davam edir.
 
Həkimlər ona "parasomnia" diaqnozu qoyublar.
 
Parasomniadan əziyyət çəkən insanlar yuxuda ola-ola yeriyə danışa və yemək yeyə bilirlər. 
 
Qeyd edək ki, Kellinin sifarişləri arasında boya qutuları, kitablar, duz, qara bibər, saqqız və oyuncaqlar var.
 
Aysel

OXŞAR XƏBƏRLƏR