Yuxuları çin çıxan 4 BÜRC

Yuxuları çin çıxan 4 BÜRC
MARAQLI
18:06 18.07.2025
385
Bəzi insanlar var ki, hissləri ilə yaşayır, siz bir söz deməsəniz belə, nə düşündüyünüzü anlayırlar. Üstəlik, təkcə sezgiləri deyil, yuxuları da bir mesaj daşıyır.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, astroloqlara görə, altıncı hissləri güclü olan və gördükləri rüyalarla təəccübləndirən 4 bürc bunlardır:

Balıq: 

Balıq bürcü zodiakın ən spirituallığı və sezgiləri güclü olan bürcüdür. Zehinləri sanki bir radio kimi işləyir və kainatdan gələn mesajlara açıqdırlar. Onların gördüyü rüyalar çox zaman xəbərçi xarakter daşıyır. Uzun müddət görmədikləri birini yuxuda gördükdən sonra ertəsi gün onunla qarşılaşmaları sadəcə təsadüf deyil.

Xərçəng: 

Xərçəng bürcü hissləri ilə yön tapır. Nəyinsə yolunda getmədiyini hiss etdiklərində, bunu tez-tez rüyalarda simvollar şəklində görürlər. Sevdikləri insanlar haqqında öncədən hiss etmə qabiliyyətləri olduqca güclüdür. "Gecə səni yuxumda gördüm, yaxşısan?" mesajını ən çox Xərçənglərdən eşitmək mümkündür.

Əqrəb:

Əqrəblərin sezgiləri bəzən paranormal səviyyəyə çatır. Onların yuxularında gördüyü hadisələr gələcək haqqında ipucları verə bilər. Şüuraltı və metafizik dünya ilə güclü bağa sahibdirlər. Simvolik və qaranlıq rüyaları düzgün şəkildə şərh edə bilirlər.

Qız: 

Qız bürcü xarici görünüşdə praqmatik və məntiqli təsir bağışlasa da, daxili sezgiləri olduqca güclüdür. Onlar rüyalarda gördükləri detallar üzərindən analiz apararaq gələcək haqqında nəticələr çıxara bilirlər. Eyni yuxunu bir neçə dəfə görmək isə onlar üçün vacib bir xəbərdarlıq əlaməti sayılır.
 
Oksana
OXŞAR XƏBƏRLƏR