Yuyucu toz, çay və xama qutularından elə bir şey çıxdı ki... - FOTO

Yuyucu toz, çay və xama qutularından elə bir şey çıxdı ki... - FOTO
KRİMİNAL
20:44 02.02.2018
2341
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gizli yolla ölkənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Qoşa Təpə” gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı Bilal Hüseyinov saxlanılıb.

Vətəndaşın əl yükləri rentgen yük yoxlama qurğusundan keçirilən zaman monitorda şübhəli predmetlərin təsvirləri müşahidə olunub. Bundan sonra adı çəkilən şəxslə sorğu-sual aparılıb.

Onun əl yüklərində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olub-olmaması barədə suala cavabında, vətəndaş belə predmetlərin olmadığını bildirib.

Daha sonra əl yükləri təkrar yoxlanılıb və həmin yüklərə aid sellofan torbadakı 4 ədəd yuyucu toz qutusunun içərisində olan 1 ədəd çay və 3 ədəd xama qutularında, ümumilikdə 9 ədəd bağlamada gömrük nəzarətindən gizlədilən maddələr aşkarlanıb.

Həmin bağlamalara baxış nəticəsində isə onlardan 7-sində ümumi xalis çəkisi 1635,0 qram olan narkotik vasitə - heroin, 1-ində xalis çəkisi 3,506 qram olan psixotrop maddə - metamfetamin, 1 bükümdə isə xalis çəkisi 3,214 qram olan narkotik vasitə - tiryəkin olduğu müəyyən edilib.

Bilal Hüseyinov aşkara çıxarılan həmin maddələrin yuyucu toz, çay və xamaların içərisində yerləşdirilməsindən xəbərsiz olduğunu, həmin malları ona İranda bir İran vətəndaşının verdiyini, gömrük sərhədini keçdikdən sonra "Qoşa Təpə” gömrük postunun qarşısında bir nəfərin ona yaxınlaşaraq qəbul edəcəyini və bunun müqabilində pul verəcəyini bildirib.

Nəhayət, Bilal Hüseyinovdan aşkar edilən psixotrop maddə və narkotik vasitələri qəbul edəcək şəxsi və onunla cinayət əlaqəsində olan digərlərini müəyyənləşdirmək üçün zəruri əməliyyat tədbirləri həyata keçirilib. Bu məqsədlə yaradılan əməliyyat qrupunun tədbirləri nəticəsində psixotrop maddə və narkotik vasitələri qəbul edəcək Azərbaycan Respublikasının vətəndaşı Elyas Abbasov müəyyənləşdirilib və həmin şəxs Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunun qarşısında psixotrop maddə və narkotik vasitələri qəbul edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
11:33 10.05.2025
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
11:14 10.05.2025
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"