“Yüz dəfə məmurların qarşısında oxumuşam, mənə niyə ev almırlar?!“

“Yüz dəfə məmurların qarşısında oxumuşam, mənə niyə ev almırlar?!“
MAQAZİN
15:35 01.02.2022
1358
İfaçı Kəmalə Qaramollayevanın bir neçə gün əvvəl maddi dəstək aldığı vəzifəli şəxsdən danışarkən həmin məmurun ona bahalı ev və maşın da hədiyyə etdiyini bildirməsi geniş müzakirələrə səbəb oldu.

Müğənni bu etirafından sonra sosial şəbəkələrdə qınaq atəşinə tutuldu.

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni, meyxanaçı Samirə Yusifqızı həmkarının bu açıqlaması ilə digər müğənniləri də nüfuzdan saldığını deyib:

"Əlbəttə, Kəmalə Qaaramollayevanın bu açıqlaması heç düzgün deyil. Bu sözlər mənim heç xoşuma gəlmədi. Bu açıqlama biz müğənnilərin hamısına kölgə salan məsələdir. Hər kim ona nə bağışlayıb şəxsi işidir, bunu ictimailəşdirməyin yeri yoxdur. Kim bağışlayıb, nəyə görə bağışlayıb, özü bilər, amma sənətə görə heç kimə ev bağışlamırlar. Hansısa müğənninin oxumağı kiminsə xoşuna gəlirsə, məclisə çağırıb 5-10 min hörmət eləyə bilər, amma ev, maşın bağışlamaq, nə bilim...

Heç kimin haqqına girmək istəmirəm, amma bu qeyri-realdır. Lap olubsa da bunu gizlin saxlamalı idi, publik şəkildə açıqlamamalı idi. Bu düzgün deyil. Mən 40 ildir oxuyuram, səhnədəyəm, yeri gələndə yüz dəfə məmurların, dövlət adamlarının, vəzifəli şəxslərin də məclislərində olmuşam hələ kimsə mənə bir üzük belə bağışlamayıb, nəinki ev, maşın, bağ... Mən həmişə 50 yaşında olmamışam ki, mənim də 25-30 yaşlarım olub, cavan, gözəl vaxtlarımız olub, hamı arxamızca baxırdı, həsrət çəkirdilər ki, yaxınlaşsınlar. Heç o yaşlarda da belə təkliflər olmayıb. Hələ onda imkan da yaxşı idi, insanların güzəranı normal idi, hamının pulu varidi, pandemiya yox idi. Kəmalə konkret düz etməyib, gərək bunu açıqlamayaydı”.

Xatırladaq ki, Kəmalə Qaramollayeva açıqlamasında "Bu haqda heç bir yerdə danışmamışam. Amma düşünürəm ki, artıq vaxtıdır. Bu haqda açıqlama verməliyəm. Bir adam var idi. O, mənimlə çox görüşmək istəyirdi. Demişdi ki, araşdıracam əgər Kəmalə düz yolun yolçusudursa, mən ona bu yardımları təmənnasız edəcəm. O, çox hörmətli, vəzifəli şəxsdir və məni çox sevirdi. Mənə maşın, ev aldı” - deyə bildirmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb