Yüzlərlə insanın qatıldığı konsertdə ara qarışdı: ölən və yaralananlar var

Yüzlərlə insanın qatıldığı konsertdə ara qarışdı: ölən və yaralananlar var
DÜNYA
12:32 07.03.2023
216
ABŞ-ın Nyu-York şəhərində keçirilən və sənətçilər GloRilla və Finesse2tymes-in səhnəyə çıxdığı konsertdə izdiham yaşanıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sənətçilər GloRilla və Finesse2tymes-in səhnəyə çıxdığı ABŞ-ın Nyu-York ştatının Rochester şəhərindəki Main Street Armory əyləncə məkanında dünən gecə baş verən izdihamda 1 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb. 

Rochester Polis Departamentinin rəisi David Smith izdihamın səbəbinin hələ məlum olmadığını bildirərək, "Atəş səslərinin izdihamda çaxnaşma yaratdığına dair bəzi məlumatlar var", deyə açıqlamasında bildirib.

Araşdırmalar davam edir.

Ayşən
OXŞAR XƏBƏRLƏR