Öz evinə gizli kamera yerləşdirib qonşusunun qızının izlədi və ... - Bakıda şok olay

Öz evinə gizli kamera yerləşdirib qonşusunun qızının izlədi və ... - Bakıda şok olay
SOSİAL
12:11 25.11.2021
7081
Bakı Ağır Cinayətlər Məhkəməsində qobşusunin evindən külli miqdarda oğurluq etməkdə ittiham olunan Fəridə Quliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və ona 7 il həbs cəzası verilib.
 
Onun barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. Həmçinin, prosesdə zərərçəkmiş M.Abasovun 55 min 660 manatlıq mülki iddiası da qismən təmin edilib.

F.Quliyevanın qonşusunun evindən ayrı-ayrı vaxtlarda ümumilikdə 79 min 450 manatlıq oğurluq etdiyi məlum olub. O, elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Oğurluq hadisəsi paytaxtın Nizami rayonu, Balakişiyev küçəsi, bina 46-da baş verib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan M.Abasov 2015-ci ildən etibarən yataq otağındakı dolabda saxladığı pulların azaldığını hiss edib. Kəsir məbləğlər 50-100-200 manat civarında olduğundan pulu ya özünün, ya da ailə üzvlərinin xərclədiyini, hesab aparanda səhvə yol verdiyini düşünüb.

Bir müddət sonra isə itmiş pulların ardınca həyat yoldaşına məxsus brilyant sırğalar da qeybə çəkilib. Oğurluq versiyası öncə ağıllarına gəlməyib. İtən əşyaların sırasına çox keçməyib ki, qaynı üçün alınmış bahalı qızıl dəsti əlavə olunub...

Nəhayət, yaşadığı evə gizli kamera quraşdıran M.Abasov oğrunu özü "tutub". Kamera görüntüləri zamanı məlum olub  ki, pulları və qızılları aparan 38 illik qapıbir qonşusunun qızıdır. Ev sahibi əvvəlcə baş verənləri sakitcə yoluna qoymağa cəhd edib. Pullar və qızıllar geri qaytarılacağı təqdirdə heç yana şikayət etməyəcəyini də deyib. Amma qarşı tərəfin oğurlananları geri qaytarmaq niyyətində olmadıqlarını görəndə polisə şikayət edib. Hadisəsinin videogörüntülərini, səs yazılarını diskə köçürüb polisə orqanlarına təqdim edib. Bir müddət sonra F.Quliyeva barəsində cinayət işi qaldırılıb. Barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Xatırladaq ki, F.Quliyevanın atası T.Qənbərov əvvəllər daxili işlər orqanlarında çalışıb.
 
///Virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
09:30 29.10.2026
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
09:28 29.10.2026
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
09:15 29.10.2026
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
09:13 29.10.2026
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
09:11 29.10.2026
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
09:06 29.10.2026
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
08:58 29.10.2026
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
Bu ərazilərdə qaz olmayacaq
08:53 29.10.2026
Bu ərazilərdə qaz olmayacaq
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
08:46 29.10.2026
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
08:39 29.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
08:30 29.10.2026
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
08:23 29.10.2026
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
08:16 29.10.2026
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:06 29.10.2026
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
08:00 29.10.2026
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
07:52 29.10.2026
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb