Yeni il şənliklərində sarayın bütün texniki qüvvəsi cəlb olunacaq. Səhnədə cizgi filmlərindən parçaların nümayiş olunacağı müasir, yeni gətirilmiş Led-ekranlar quraşdırılacaq. Sarayın foyesində konsertə bayram əhval-ruhiyyəsi verən animatorlar işləyəcək. Tədbir zamanı lazer-şou da keçiriləcək.
Sarayın rəhbərliyi ənənəvi olaraq konsertə şəhid ailələri, uşaq evləri, internat-məktəblərdən olan uşaqları dəvət edəcək.