Zabil Müqabiloğlunun oğlu: "Atasız yaşamaq çox pisdir"

Zabil Müqabiloğlunun oğlu: "Atasız yaşamaq çox pisdir"
MEDIA
12:12 20.02.2018
1892
5 il ölümlə çarpışan jurnalist Zabil Müqabiloğlu artıq bir ildir ki, aramızda yoxdur. Uzun müddət qaraciyər sirrozundan əziyyət çəkən Zabil sonda ölümə məğlub oldu.

Jurnalistin 13 yaşlı oğlu Əli deyir ki, həyatının qəhrəmanını, dayağını itirib. Çünki atasız ona çox çətindir: "Darıxıram. Həmişə zəng vururdum, hal-əhval tuturduq, gəlib məni götürürdü, amma indi bir boşluq var. Atamın həyatımda çox böyük önəmi vardı, onunla birlikdə çox xatirələrim olub. Onsuz yaşamaq çox pisdir"

Əli deyir ki, atası sanki ömrünün qısa olacağını bilirmiş. Bu, Zabilin yazdığı hekayələrdən, şeirlərdən hiss olunurdu, çünki əksəriyyətinin sonluğu ölümlə bitirdi. Təsadüfdən, ya nədənsə sonuncu hekayəsini də "Son zəng" adlandırmışdı.

Jurnalistin bacısı Sevinc Fərhadova deyir ki, Zabilin yarım qalmış ömrünü, arzularını, xatirəsini daim yaşatmaq üçün onun yazdığı hekayələrdən ibarət kitab çapa hazırlanır: "Zabilin son yazdığı hekayə "Son zəng" olub. Elə kitabın adı da bununla bağlı olacaq. Kitabda Zabilin xarici səfərlərdə çəkdirdiyi şəkilləri, seir və hekayələri, dostlarının xatirə yazıları yer alıb".

Zabilin yarımçıq hekayələri də qalıb - ömür onları bitirməyə vəfa etməyib: "APA TV-yə çox təşəkkür edirəm, Vüsalə Mahirqızına təşəkkür edirəm. APA TV kollektivi Zabili heç vaxt unutmayıb, onun anım mərasimində, tədbirlərdə hər zaman bizə dəstək olub".

Qeyd edək ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. 19 il illik peşəkar jurnalist fəaliyyətinə 1998-ci ildə başlayıb. Jurnalistikada ilk addımlarını "525-ci qəzet”də atıb, daha sonra "Tərcüman”, "Avropa” və "Yeni Müsavat” qəzetlərində çalışıb. Müxtəlif vaxtlarda redaktor və baş redaktor vəzifələrini icra edən jurnalist 2017-ci il fevralın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib