46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Zabit Gülüşün namizədliyi qeydə alınıb.
AZXEBER.COM xəbər verir ki, Zabit Əlizamin oğlu Gülüş 1979-cu ildə Şirvan şəhərində anadan olub. 1993-cü ildə orta məktəbdən Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 1997-ci ildə oranı bitirib. 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Motaatıcı Qoşunlar Komandiri ixtisası üzrə qəbul olub. 2001-cil ildə təxris edilib. Elə həmin ildə "Biznes və İdaretmə İnistitutun Hüquqşünaslıq” bölməsinə daxil olub və 2002-ci ildə bitirib.
2003-2004-cü illərdə "Şirvan üzən nasos” stansiyasının təmiri zavodunda, hüquqşünas, 2007-2008-ci illərdə "Sübhan Trans Beynəlxalq Nəqliyyat və Ticarət” MMC-dəmexanik, 2008-2010-cu illərdə" Şirvan Kəndnəqliyyat” ASC-də baş mexanik vəzifələrində işləyib.
Hazırda "AZMEK-LTK” MMC-də direktor vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, Azərbaycanda Parlament seçkiləri 9 fevralda baş tutacaq.