Zabit Səmədovun vida döyüş gecəsinə start verildi

İDMAN
21:07 10.09.2022
1283
Azərbaycan kikboksçusu Zabit Səmədovun vida döyüş gecəsinə start verilib.

AZXEBER.COM xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın "Mix Fight Championship" təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 72,5 kq çəki dərəcəsində kikboksçular çıxıb.

Kristian Baya (Niderland) 3 raundun yekununda Seyfulla Xambaxadovdan (Rusiya) üstün olub.

Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü, "Yekəayaq" ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Bu döyüşün təxminən saat 23:00-da başlayacağı gözlənilir
OXŞAR XƏBƏRLƏR