Zabux-Laçın yolunda yük avtomobilləri toqquşub: Ölən var

Zabux-Laçın yolunda yük avtomobilləri toqquşub: Ölən var
SOSİAL
10:38 16.06.2023
422
Laçında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM Apa-ya istinadən xəbər verir ki, hadisə Zabux-Laçın yolunda qeydə alınıb.

Fərman Hüseynovun idarə etdiyi MAN markalı yük avtomobili Elman Qarayevin idarə etdiyi eyni markalı yük maşını ilə toqquşub.

Nəticədə Fərman Hüseynov ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR