Türkiyənin "Qalatasaray" klubunun ulduz futbolçusu Vilfred Zaha yaxın zamanda klubu tərk edə bilər.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq İngiltərə klubları futbolçu üçün təkliflər hazırlayırlar.
Zaha hazırda "Sarı-qırmızılar"ən heyətində ən çox qazananlardandır.
Futbolçu bir mövsüm üçün 4 milyon 350 min avro maaş alır.
Qeyd edək ki, son mövsümdə 43 oyunda meydana çıxan Zaha 10 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Məryəm