“Zahid Oruc bu sahədəki problemlərin həll yollarını bilir”

“Zahid Oruc bu sahədəki problemlərin həll yollarını bilir”
SOSİAL
11:10 11.03.2020
2184
Dünən Milli Məclisin (MM) yeni rəhbərliyi müəyyənləşib, yeni komitə sədrləri müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, yeni rəhbərliklə bağlı saytımıza açıqlama verən politoloq Tural İsmayılov bunları bildirib:

"Ölkə başçısı yeni parlament qarşısında dəqiq hədəfləri müəyyənləşdirdi. Bu gün ölkədə aparılan sosial reformlar, kadr islahatları və məhkəməm-hüquq sahəsindəki islahatlar daha çevik və aktiv bir Milli Məclisin olmağını zəruri edirdi. İqtidar partiyası Milli Məclisdə yerlərin çoxuna malik ola-ola böyük bir cəsarət nümunəsi ortaya qoyaraq növbədənkənar parlament seçkiləri üçün ölkə başçısına müraciət etdi. Uzun illər ölkədə aparılan işlərə qiymət verən Azərbaycan xalqı yenə Yeni Azərbaycan Partiyasının namizədlərinə daha çox səs verdi. Lakin məsələnin ən önəmli tərəfi odur ki, bu gün həm müxalifət partiyasının millət vəkili, həm də bitərəf deputat Milli Məclisin sədr müavinləri kimi fəaliyyət göstərəcək. Düşünürəm ki, bu kontekstdə də Milli Məclis həm daha aktiv fəaliyyət göstərəcək, həm də bu yeni presedent uğurla davam etdiriləcək. Milli Məclisin yeni rəhbəri Sahibə Qafarova elmi cameədə, təhsil sektorunda kifayət qədər savadlı və dəyərli pedaqoq kimi tanınır, Azərbaycanı Avropa təsisatlarında təmsil edib, onun yüksək nüfuzu, pedaqoq kimi bütün sferalarda hörmət sahibi olmağı da əlavə üstünlükləridir. Eləcə də, Əli Hüseynliu və Fəzail İbrahimli də öz intellektləri, savadları və aktiv siyasi fəaliyyətləri ilə cəmiyyətdə rəğbətə səbəb olublar. Qeyd edim ki, Adil Əliyevin də seçiciləri və ictimaiyyət arasında nüfuzu güclüdür. Bu baxımdan yeni Milli Məclis rəhbərliyi cəmiyyətdə də pozitiv qarşılanır”.

Komitə sədrlərinin də uğurlu obrazlarının olduğunu vurğulayan politoloq qeyd edib:

"Komitə sədrləri cəmiyyətdə xüsusi tanınan simalardır. Tahir Mirkişili və Qənirə Paşayeva cəmiyyətdə iqtisadi və mədəni-humanitar məsələlərlə bağlı öz mövqeləri və aktivlikləri ilə seçilirlər ələxüsus. Zahid Orucun İnsan hüquqları komitəsinin rəhbəri təyin olunmağının isə bizə böyük təsirləri olacaq. Birincisi, aydındır ki, Azərbaycana informasiya hücumu edən xarici qrant təşkilatları və imperializm vintciklərinin əsas "silahı” həmişə "insan haqları” olub. Bu kontekstdə Zahid Oruc bütün bu məsələlərlə bağlı operativ və rasional reaksiya verəcək insandır. Bundan əlavə indiyə qədər ölkəmizlə bağlı şər yayan "gongo təşkilatlar” və QHT-lərin insan hüquqları ilə bağlı "provokasiya aktları”na cavab verilmirdi. Mən hesab edirəm ki, Zahid Oruc bu tip yalan informasiyaları real rəqəmlər və göstəricilərlə susdurmağa qadirdir. Həmçinin, aydındır ki, insan hüquqlarl sahəsində dünyada problemsiz ölkə yoxdur. Zahid Oruc bu kontekstdə mövcud olan problemləri bilir. Çünki o prosesləri daim izləyən, çevik şəkildə araşdıran, fəal insandır. O baxımdan bizim bu sahə ilə bağlı inqilabi addımların şahidi olacağımıza əminik.”

Politoloq qeyd edib ki, parlamentin yeni obrazı cəmiyyətdə xüsusi maraqla qarşılanır.
OXŞAR XƏBƏRLƏR