Zahid Oruc parlamentdə “Elşad Abdullayev məsələsini” gündəmə gətirdi

SİYASƏT
16:09 22.11.2013
1419

Millət vəkili Zahid Oruc parlamentin noyabrın 22-də keçirilən növbəti plenar iclasında çıxışı zamanı hazırda beynəlxalq axtarışda olan keçmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevi “beynəlxalq səviyyəli fırıldaqçı” adlandırıb.

AZXEBER.COM-un verdiyi məlumata görə, millət vəkili qeyd edib ki, sözügedən şəxsin vaxtilə rəhbərlik etdiyi ali təhsil ocağında xeyli qanunsuzluqlara, cinayətlərə yol verilib ki, bu gün də minlərlə insan, tələbə onun əziyyətini çəkməkdədirlər.Millət vəkilinin sözlərinə görə, təxminən 4 minə yaxın tələbə bu universitetdə qeyri-qanuni əsaslarla təhsil alıb, hər biri ayrı-ayrılıqda 10-15 min arası ödəniş haqqı ödəyib, lakin məlum səbəblərdən diplom almayıblar:“Düzdür, həmin tələbələr, onların valideynləri də bu məsələnin qeyri-qanuni olduğunu əvvəldən biliblər, ancaq hər halda bu insanların taleyi neçə illərdir sual altındadır. Onların nə diplomları verilir, nə də ödədikləri təhsil haqları geri qaytarılır.Artıq neçə illərdir bu yöndə həmin tələbələrdən, onların valideynlərindən bizlərə çoxsaylı müraciətlər daxil olur. Ona görə yaxşı olardı ki, həmin tələbələrin heç olmasa təhsil haqlarının geri qaytarılması məsələsi ilə bağlı məsələ nəhayət həll olunsun. Bu məsələyə artıq son qoymağın vaxtıdır”.

OXŞAR XƏBƏRLƏR