Zakir Həsənov: “Ermənistanla sərhəddə vəziyyət nəzarətimiz altındadır"

Zakir Həsənov: “Ermənistanla sərhəddə vəziyyət nəzarətimiz altındadır"
SİYASƏT
09:16 22.12.2021
344
"Müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib. Cənab İlham Əliyev modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb. Ali Baş Komandanın etimadını ən böyük məsuliyyət kimi qəbul edən Azərbaycan Ordusu islahatların yeni mərhələsi nəticəsində daha da güclənəcək, tam modern və qüdrətli hərbi gücə çevriləcək.

Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata dərhal adekvat cavab verilir. Azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətimizin əsas prioritetlərindəndir.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.

Müdafiə naziri vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə keçirilmiş "Dəmir yumruq” əməliyyatı Ermənistanın faşizm və işğalçılıq siyasətinin başını əzib: "Cənab İlham Əliyev şəxsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Bu, Azərbaycan tarixinin ən möhtəşəm hərbi zəfəridir. Bu, əsrlər boyu davam edəcək qürur mənbəyimizdir.

Vətən müharibəsinin Zəfərindən sonra Azərbaycanın tarixində yeni mərhələ başlayıb. Tarixin ən şərəfli dövrünü yaşayan ölkəmiz bütün sahələr üzrə qazandığı nailiyyətlərin miqyasını genişləndirir, gələcəklə bağlı düzgün hədəflər müəyyənləşdirir və ona doğru böyük əzmlə gedir. Azərbaycan xalqı bugünündən razı, sabahına isə daha inamlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni hərbi, siyasi, iqtisadi reallıqlar Azərbaycanı Cənubi Qafqazdan Avrasiya məkanınadək bütün platformalarda böyük nüfuz sahibinə çevirərək qlobal miqyasda lider mövqeyinə çıxardı.

Ən əsası isə 30 il müddətində xarabalığa çevrilən, erməni vandalları tərəfindən dağıdılan Qarabağ torpağı və Şərqi Zəngəzur artıq quruculuq, inkişaf mərkəzinə, Qafqazın ən böyük inşaat meydanına çevrilir. Bir müddət öncə hər qarışı uğrunda şəhidlərimizin qanının töküldüyü torpaqlar indi gülüstana çevrilir”.

Vaxt keçdikcə amansız işğalın və savaşın izləri bu torpaqlardan silinəcək: "Lakin xalqımız tariximizin həm faciəli, həm də şərəfli dövrlərini əhatə edən 32 illik zaman kəsiyini - işğaldan Zəfərədək olan mərhələni heç vaxt unutmayacaq. Ali Baş Komandanın, Azərbaycan xalqının və Azərbaycan Ordusunun müəllifləri olduqları möhtəşəm əsər - Vətən müharibəsinin böyük Zəfəri əsrlər boyu xalqın yaddaşında yaşayacaq, onu yeni qələbələrə istiqamətləndirəcək.

Heç kəc unutmamalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu indi hərbi xidmətdə daha ayıq-sayıq, daha əzmli, daha güclü və daha hazırlıqlıdır. Azərbaycan Ordusu üçün Vətən müharibəsindəki Zəfər nəticə yox, başlanğıcdır. Növbəti Zəfərlərin başlanğıcı. Qarabağ Azərbaycandır!”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrailin Bakıdakı səfirliyində bayraq yarıya endirildi - FOTO
15:52 22.05.2025
İsrailin Bakıdakı səfirliyində bayraq yarıya endirildi - FOTO
Aysunun keçmiş əri yenidən evlənir - 16 yaş kiçik qızla
15:45 22.05.2025
Aysunun keçmiş əri yenidən evlənir - 16 yaş kiçik qızla
"Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir"
15:45 22.05.2025
"Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir"
Prezidentin təltif etdiyi Tələt Məcidov kimdir? – Keçmiş başçı, şöbə müdiri… (DOSYE)
15:43 22.05.2025
Prezidentin təltif etdiyi Tələt Məcidov kimdir? – Keçmiş başçı, şöbə müdiri… (DOSYE)
Peskov: Rusiya və Ukrayna arasında danışıqların yeni raundu barədə hələlik razılaşma yoxdur
15:35 22.05.2025
Peskov: Rusiya və Ukrayna arasında danışıqların yeni raundu barədə hələlik razılaşma yoxdur
Sumqayıtda hadisə: Qadın sürücü qazla əyləcin yerini səhv saldı, marketə girdi - VİDEO
15:14 22.05.2025
Sumqayıtda hadisə: Qadın sürücü qazla əyləcin yerini səhv saldı, marketə girdi - VİDEO
"3 gün diqqətli olun"- Astroloqdan AÇIQLAMA
15:06 22.05.2025
"3 gün diqqətli olun"- Astroloqdan AÇIQLAMA
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırıldı
14:59 22.05.2025
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırıldı
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
14:57 22.05.2025
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Prezident onları təltif etdi - SƏRƏNCAM
14:54 22.05.2025
Prezident onları təltif etdi - SƏRƏNCAM
Taksi sürücüləri üçün imtahan tarixi məlum oldu
14:50 22.05.2025
Taksi sürücüləri üçün imtahan tarixi məlum oldu
Qadın müəllim başçı müavini oldu - Foto
14:47 22.05.2025
Qadın müəllim başçı müavini oldu - Foto
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
14:37 22.05.2025
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Xankəndidə 51 abituriyent qəbul imtahanı verəcək
14:36 22.05.2025
Xankəndidə 51 abituriyent qəbul imtahanı verəcək
İrem Derici hava limanında rəqsi ilə diqqət çəkdi
14:35 22.05.2025
İrem Derici hava limanında rəqsi ilə diqqət çəkdi
Mütəxəssislərdən xəbərdarlıq - Bu peyvəndlər kişilərdə ürək xəstəliyinə səbəb ola bilər
14:24 22.05.2025
Mütəxəssislərdən xəbərdarlıq - Bu peyvəndlər kişilərdə ürək xəstəliyinə səbəb ola bilər