Zakir Həsənov hərbi məktəblərdə - FOTOLAR

Zakir Həsənov hərbi məktəblərdə -  FOTOLAR
SİYASƏT
02:01 14.09.2014
1645

Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması ilə əlaqədar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

AZXEBER.COM Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müdafiə nazirinə ali hərbi təhsil müəssisəsinin baş planı göstərilib, qərargah və digər inzibati binalar, həmçinin məktəbin ərazisində yerləşən infrastruktur haqqında ətraflı məlumat verilib.

Müdafiə naziri məktəbin yeni təmir olunmuş, müasir avadanlıqlar və stendlərlə təchiz edilmiş tədris korpuslarında, müxtəlif kafedralarda və fənn kabinələrində tədrisin maddi-texniki şəraitinə baxış keçirib, o cümlədən yeməkxana, yataqxana və inzibati binalarda olub.

Müdafiə naziri Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəblərində də mövcud şəraitlə tanış olub.

Sonra nazirliyin rəhbər heyəti, məktəblərin komandanlığı və müəllim-professor heyətinin iştirakı ilə geniş tərkibdə toplantı keçirilib

Eyni zamanda, məktəbdə qısa müddətdə yüksək səviyyədə aparılan təmir-bərpa işlərindən, maddi-texniki bazanın vəziyyətindən məmnun qalan müdafiə naziri bütün bunlarda əməyi olan hər kəsə təşəkkür edib.

Hərbi məktəblərdə təhsillə bağlı fikirlərini bölüşən müdafiə naziri tədris-maddi bazasının imkanlarından geniş istifadə etməklə çöl təlim-məşqlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. O deyib ki, bizim hərbi məktəbləri bitirən gənc zabitlər elə praktiki hərbi biliklərə yiyələnməlidirlər ki, döyüş zamanı istənilən və zəruri şəraitdə qazandıqları vərdişləri asanlıqla və əminliklə tətbiq etmək bacarığına malik olsunlar.

Sonda Müdafiə naziri gələcəyin zabit kadrlarının hazırlıq səviyyəsinin gücləndirilməsi, nizam-intizamın və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində məktəbin rəhbərliyinə tapşırıq və tövsiyələrini verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda "Prius" aşdı
18:08 12.07.2025
Goranboyda "Prius" aşdı
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub