Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - FOTOLAR

Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - FOTOLAR
SOSİAL
15:58 01.04.2021
372
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin "Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, qonaqları salamlayan Müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun silahlanmasında olan "Baykar” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirib. Həmin PUA-ların Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulub, onun xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib.

Görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini də müzakirə ediblər.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
16:21 29.06.2025
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
15:40 29.06.2025
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib