Zakir Həsənov: Türkiyə ilə fəaliyyətimiz bölgədə sülh və sabitliyin qorunmasına xidmət edir

Zakir Həsənov: Türkiyə ilə fəaliyyətimiz bölgədə sülh və sabitliyin qorunmasına xidmət edir
SİYASƏT
22:48 30.08.2024
352
Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə keçirilən tədbirdə deyib.

O, bayram münasibətilə Prezident İlham Əliyevin təbriklərini çatdırıb.

Nazir qeyd edib ki, ordu quruculuğu sahəsində bu gün ardıcıl birgə tədbirlər keçirilir:

"Bu tədbirlər davam edəcək. Birgə fəaliyyətimiz bölgədə sülh və sabitliyin qorunmasına xidmət edir. 44 günlük müharibə dövründə Azərbaycan xalqı Türkiyənin dəstəyini tam hiss edib".

Nazir vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. O xatırladıb ki, Vətən müharibəsi başlayan ilk gündən Azərbaycan xalqı Türkiyənin haqq işimizə dəstəyini hiss etdi:

"Həmin dövrdə Türkiyənin siyasi və mənəvi dəstəyi iki ölkə arasında birliyin nümunəsidir. Hazırda Azərbaycan Türkiyə əlaqələri Şuşa Bəyannaməsinə əsasən, müttəfiqlik münasibətlərinə söykənir. İki ölkə orduları arasında qarşılıqlı etibar birliyimizi möhkəmləndirir. Bölgədə sülh və sabitliyin qorunmasına, xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Tətbiq olunan yeni texnologiyalar ordumuzun əməliyyat imkanlarını artırıb".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO